Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda avtobus piyadanı vurdu

Bakıda avtobus piyadanı vurdu

Date: 15 October 2016 13:52

"BakuBus"a məxsus sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsində qeydə alınıb.
24 yaşlı Murad Ağalar həmin ərazidə yolun piyadaların keçməsi üçün nəzərdə tutulmayan hissəsindən digər tərəfinə keçmək istəyib. Bu zaman 6 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu onu vurub.

Ağır bədən xəsarətləri və kəllə-beyin travması alan M.Ağalar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və orada əməliyyat olunub.

Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndiriblər. 
Faktla bağlı Səbail Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Milli.Az


Tags:  Bakıda avtobus piyadanı vurdu

RƏYLƏR


Top news