Bakı. 15 oktyabr. REPORT.AZ/ Nizami rayonunda yerləşən "Lotos" Ticarət Mərkəzinin mağazalarının birində dələduzluq qeydə alınıb.
“Report”un xəbərinə görə, orada işləyən Eldar Məmmədov bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
İ.Məmmədov ərizəsində bildirib ki, Qara Qarayev prospekti 86-da yerləşən "Lotos" Ticarət Mərkəzində şərikli qızıl alveri ilə məşğul olub.
O qeyd edib ki, bu ilin avqustun 13-də şəriki 1975-ci il təvəllüdlü Aygün Aslanova mağazadakı seyfdən 39 min manat dəyərində 47 ədəd brilyant və 11 min manat dəyərində qızıl-zinət əşyaları götürüb və mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.