Bakıda bal yarmarkası işə başladı - FOTOLAR

Bakıda bal yarmarkası işə başladı - FOTOLAR
14:08 15 Oktyabr 2016
3055 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, 1 ay davam edəcək yarmarkada bu il 254 arıçı iştirak edir.

Bu il hava şəraiti ilə əlaqədar olaraq arıçılıqda məhsuldarlıq əvvəlki illərə nisbətən az olub. Yarmarkaya məhsul gətirənlər də bunu etiraf edir.

Daşkəsəndən yarmarkaya 100 kq bal gətirən Gülşad Hüseynova məhsuldarlığın bir neçə dəfə azaldığını deyir.

Arıları Şamaxıda saxlayan İbrahim Göyçəli də məhsuldarlığın az olduğunu bildirir. O, 100 arı yeşiyindən normalda 1 ton bal götürdüyü halda bu il cəmi 300 kq bal ala bilib. Onun sözlərinə görə səbəb çiçək vaxtı yağışların intensiv olması ilə əlaqədardır.

Qax rayonundan dağ və aran balı gətirən Qüdrət Vəliyev isə bu il arıların məhsuldarlığından razıdır. O, səbəbi bu il arı ailələrinin sayını artırmaqda görür.

Şəkidən 500 kq arı məhsulu gətirən Xanlar Əliyev keçən il ilə müqayisədə məhsuldarlığın 50% aşağı olduğunu deyir.

Yarmarkada balla yanaşı arı şanı, propolis, arı yağı da satışa çıxarılıb. Balın qiyməti isə 25-30 manat civarındadır.

Bu il yarmarkaya gətirilən balın 20%-dək hissəsi keyfiyyət göstəriciləri normaya uyğun olmadığından onların satışına icazə verilməyib.

Nazirlikdən bildirilib ki, respublika üzrə, Bakı şəhəri də daxil olmaqla, 8 iqtisadi rayonun və hər bir rayon üzrə iştirakçıların yarmarkada yerləşməsini müəyyənləşdirmək üçün bu gün püşkatma keçirilib. Yarmarka müddətində heç bir iştirakçı yarmarkaya kənardan boş banka belə gətirə bilməyəcək. Bu da yarmarkada yalnız yoxlanılmış məhsulun satışını təmin edəcək. Sıxlıq yaratmamaq üçün yarmarka müddətində satış stollarında yalnız bir nəfər - qeydiyyatdan keçmiş şəxsin özü otura biləcək.

Qeyd edək ki, yarmarka Nobel prospekti, 23 ünvanında yerləşən “AMAY” Ticarət Mərkəzində təşkil edilib. Bal almaq üçün noyabrın 15-dək vaxtınız var.

Gülxar





















Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR