"Rus" eksperti Ermənistandan qovdular

"Rus" eksperti Ermənistandan qovdular
14:32 15 Oktyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

2016-ci il oktyabrın 13-də Moskva Dövlət Universitetinin İrəvanda yerləşən filialında "Ümumi gələcəyə baxış" adlı Rusiya-Ermənistan ikinci gənclər forumu keçirilib. Forumda Ermənistan və Rusiyadan 150-dən çox gənc liderlər iştirak edib. 

Milli.Az azvision.az-a istinadən bildirir ki, forum çərçivəsində vətəndaş cəmiyyəti institutlarının Rusiya, Ermənistan inteqrasiyasında rolun və bu inteqrasiya proseslərində KİV-lərin yeri barədə plenar iclas keçirilib. 

Lakin forum qalmaqalsız keçməyib. Belə ki, tədbirdə KİV-lərin beynəlxalq siyasi proseslərə təsiri, o cümlədən heç də yaxşı dövrünü yaşamayan Rusiya və Ermənistan ikitərəfli münasibətləri haqqında öz fikirlərini bildirən Rusiyadan gələn erməni ekspert Qevorq Mirzəyan da iştirak edirdi. 

Qeyd: Qevorq Mirzəyan radikal baxışları ilə tanınır. Xüsusən, o, aprel döyüşləri zamanı rəsmi Bakıya Rusiya silahının satılması ideyasını dəstəkləyib. Ermənilərin fikrincə, o, Facebook-da Ermənistana qarşı çirkin hücumları nəticəsində, demək olar ki, bütün aparıcı erməni ekspertləri ilə "dalaşıb".

Təşkilatçıların fikrincə, onun bu və ya digər mübahisəli iddiaları forumun iştirakçıları arasında mənfi reaksiya doğurub. Nəticədə təşkilat komitəsi Mirzəyanı bu tədbirdən qovub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR