"Bu cür bəyanatlar Minsk qrupunun fəaliyyətinə kölgə salır"

"Bu cür bəyanatlar Minsk qrupunun fəaliyyətinə kölgə salır"
14:37 15 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Güman edirəm ki, həmsədr dövlətin nümayəndəsi tərəfindən belə bir bəyanatın səsləndirilməsi o qədər də yerinə düşmür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Ə.Əhmədov qeyd edib ki, bundan əvvəl ABŞ dövlət katibi tərəfindən də təxminən buna bənzər bəyanat səsləndirilmişdi: "Həm Azərbaycan ictimaiyyətinin, həm də hökumətinin bu bəyanatlara kifayət qədər sərt reaksiyaları oldu. Azərbaycan vətəndaşlarının hər biri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzu edir. Hesab edirəm ki, status-kvonun yaxın zamanlarda dəyişdirilməsi regionda sabitliyin və əmin-amanlığın təmin olunmasının ən doğru yollarından biridir".

Baş nazirin müavini bildirib ki, münaqişənin həll edilməsi üçün yaradılmış Minsk qrupunun həmsədr ölkələrinin rəsmiləri tərəfindən belə bəyanatların səsləndirilməsi Minsk qrupunun həmsədrlərinin öhdəliklərini yerinə yetirmək iddiasında, gücündə olmamaları anlamına gətirib çıxarır:

"Bu qurumun kifayət qədər səylər göstərdiyini də qeyd etmək istəyirəm, amma səsləndirilən bu cür bəyanatlar Minsk qrupunun fəaliyyət əmsalının üzərinə istər-istəməz kölgə salır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/479696.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR