"Neftçi" braziliyalı futbolçunun sifariş ərizəsini təqdim etdi

"Neftçi" braziliyalı futbolçunun sifariş ərizəsini təqdim etdi
14:42 15 Oktyabr 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" klubu yeni futbolçusu Jonas Enrike Pessallinin növbəti oyunlarda meydana çıxması üçün sifariş edib.

Milli.Az bildirir ki, bu barədə report-a Peşəkar Futbol Liqasının (PFL) Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.

26 yaşlı braziliyalı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 90 nömrəli forma ilə çıxış edəcək. Klub digər iki transferi - müdafiəçi Mahir Şükürov və serbiyalı qapıçı Boban Baykoviçin sənədlərini isə PFL-ə göndərməyib.

Qeyd edək ki, mövsüm sonunadək "Neftçi"nin uğurları üçün çalışacaq Pessali "Qremio"nun yetirməsidir və karyerası ərzində "Qremio Barueri", Fransanın "Anje" və "Luson" klublarında çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR