Bakıda iri "yaşıl market"lər açılacaq

Bakıda iri "yaşıl market"lər açılacaq
15:12 15 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

İlin sonunadək Bakıda ixtisaslaşdırılmış 3 böyük "yaşıl market" açılacaq.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

"Bazara çıxış imkanlarının artırılması üçün digər vasitələrdən də istifadə olunur. Fermerlər üçün yarmarkaların təşkili həyata keçirilir. Bu istiqamətdə müvafiq addımlar atılıb. Eyni zamanda, ayrı-ayrı bölgələrdə "fermer evləri" açılır. İsmayıllı və Şəmkirdə artıq belə evlər mövcuddur", - deyə nazir müavini vurğulayıb.

S.Talıbov, həmçinin bildirib ki, nazirlik bölgələrdə də kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil olunması üçün xüsusi layihə hazırlayaraq hökumətə təqdim edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR