Bolinya ön sıralarda

Bolinya ön sıralarda
15:12 15 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə UEFA kubokunun bombardirləri siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Araz"ın üzvü Bolinya da ən məhsuldar oyunçular sırasında yer alıb.

Əsas mərhələdə 8 qol vuran yığmamızın futzalçısı siyahıda 3-5-ci yerləri bölüşür. O, yalnız Finlandiyanın "Slevi" klubunun üzvü Rami Tirkkonen və Kipr APOEL-inin qol silahı Nenedən geri qalır. Hər iki oyunçunun hesabında 9 qol var.
 
Lakin Tirkkonen və Nenenin komandaları mübarizəni dayandırıb. Bu üzdən Bolinya çıxışını davam etdirənlər sırasında hamıdan öndədi. O, "Brezye"li Denis Totoşkoviç və TDU-nun üzvü Arçil Sebeşkveridze ilə bölüşür. Sonuncu üçün avrokubok mövsümü bitibsə, Denisin komandasının taleyi son turda həll olunacaq.
 
Qeyd edək ki, Bolinya 8 qoldan 6-nı Makedoniyanın "Zelezareç" klubu ilə son matçda (15:4) vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR