Sınıq qabların uğursuzluq gətirdiyi haqqında yəqin ki,
dəfələrə eşitmişiniz. Sınmış güzgü və qabları heç bir halda evdə
saxlamaq doğru deyil.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki,
bioenergetika üzrə mütəxəssislər bunun səbəblərini aydınlaşdırıb.
Məsələ ondadır ki, hər cür deşiklər, sınıqlar, çatlar mənfi
enerjini özünə cəlb etmək kimi qəribə xüsusiyyətlə malikdir. Əgər
evdə qırılmış, sınmış və ya korlanmış hər hansı əşya varsa, o zaman
onlar mənfi enerjini özünə cəlb edərək evin sakinlərinin sağlamlıq
durumuna və psixoloji vəziyyətinə pis təsir edəcək. Nəticədə
evdəkilərin hər hansı orqanı ağrımağa başlayacaq, özünü narahat
hiss edəcək, ya da ard-arda gələn uğursuzluqla mübarizə aparmalı
olacaq.
Sınıq güzgü isə fəlakətə gətirib çıxarır. Aydındır ki, balaca güzgü
sınıbsa, ondan bir daha istifadə etmək mümkün olmayacaq və təbii
ki, biz onu atacağıq. Qaranlıq qüvvələrin hakimiyyətində qalmaq
istəmirsinizsə, böyük, xüsusən qədim, əntiq güzgülər sınanda onun
qırıqlarını heç bir halda evdə saxlamayın.
Aytən