Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ardıcıl 11-ci çempionluq

Ardıcıl 11-ci çempionluq

Date: 15 October 2016 15:17

Belarus çempionatının qalibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, BATE yenidən qızıl medallara sahib çıxıb.


Ölkə çempionatının XXV turunda "Qranit"in qonağı olan BATE 1:0 hesablı qələbə qazanıb. Bununla da Borisov təmsilçisi ən yaxın izləyicisi "Şaxtyor"la xal fərqini 18-ə çatdırıb. Bununla da komanda növbəti çempionluğunu elan edib.


Qeyd edək ki, BATE ardıcıl 11-ci dəfə çempion olub. Borisov təmsilçisi 2006-cı ildən birinci pilləni heç kimə güzəşt etmir. Komanda ümumilikdə 13-cü çempionluğu bayram edib.


Fanat.Az


Tags:  Ardıcıl 11-ci çempionluq

RƏYLƏR


Top news