Orta məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək

Orta məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək
15:22 5 Yanvar 2015
168 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda orta məktəb dərsliklərinə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarına hörmət hisslərini təbliğ edən mövzular daxil ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məsələ 2014-2018-ci illəri əhatə edən “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı” layihəsinə daxil edilib.

Layihəyə görə, sağlamlığında problemləri olan uşaqlar üçün fərdi inkişaf proqramları tərtib olunaraq həyata keçiriləcək.

Əqli və fiziki inkişafı, fərdi istedad və bacarığı nəzərə alınmaqla sağlamlıq imkanları məhdud uşaqların arzu etdikləri yerlərdə inklüziv təhsilə cəlb olunması nəzərdə tutulur.

Görməyən, eşitməyən sağlamlıq imkanları məhdud uşaqların təhsilinə dəstək üçün yardım mərkəzləri yaradılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR