Bakıda "Müstəqilliyin 25 ili: Müstəqilliyin yaşıdları" mövzusunda konfrans keçirilib - FOTO

Bakıda "Müstəqilliyin 25 ili: Müstəqilliyin yaşıdları" mövzusunda konfrans keçirilib - FOTO
15:37 15 Oktyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş "Müstəqilliyin 25 ili: Müstəqilliyin yaşıdları" adlı konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları, YAP Gənclər Birliyinin üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Əhmədov Azərbaycanın müstəqillik tarixindən danışıb. O bildirib ki, bir neçə gündən sonra Azərbaycan dövlət müstəqilliyinin 25-ci ildönümü qeyd olunacaq: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar sərəncam imzalayıb. Güman edirəm ki, bütün Azərbaycan xalqı çox müxtəlif formalarda müstəqilliyimizin 25 illiyini yüksək səviyyədə qeyd edəcək. Azərbaycanın müasir tarixinin ən şərəfli illəri bu dövrə təsadüf edir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra öz inkişafında böyük bir mərhələ keçib, qüdrətli bir dövlətə çevrilib".

Baş nazirin müavini qeyd edib ki, müstəqillik illərində Azərbaycan iqtisadiyyatı böyük bir inkişaf mərhələsi keçərək yüksəlib, insanların həyatında dəyişikliklər baş verib: "Bir sözlə, müstəqillik dövrü Azərbaycanın inkişafı, yüksəlişi, tərəqqisi dövrü kimi Azərbaycanın müasir tarixinə daxil olub. Hesab edirəm ki, müstəqillik illəri Azərbaycan tarixinin ən möhtəşəm inkişaf illəri kimi qeyd oluna bilər".

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan həmişə müstəqillik ideyaları ilə yaşayıb: "Bu ideyaların gerçəkliyə çevrilməsi Azərbaycan xalqını, hər bir vətəndaşını dövlətinin həqiqi sahibinə çevirib. Bu gün insanlarımız müstəqilliyin bəhrələrini görürlər və ondan yararlanırlar. Bu gün Azərbaycanın hər bir vətəndaşının rifahının yaxşılaşması müstəqilliyin bəxş etdiyi nemətlərdir. Təbii ki, biz 25 illik müstəqillikdən danışarkən formalaşmış yeni nəslimiz haqqında da danışmalıyıq. Müstəqillik dövründə dünyaya gəlmiş yeni nəsil Azərbaycanın daha vətənpərvər, müstəqillik ideyaları uğrunda daha cəsarətlə və fədakarcasına mübarizə aparmağa hazır olan insanlardır. Çünki bu insanlar müstəqil Azərbaycanda doğulublar, müstəqil Azərbaycan dövlətinin ideyaları əsasında tərbiyə alıblar".

Sonra YAP-ın gənc fəalları çıxış edərək ümummili lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu istiqamətində görülmüş işlərdən, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurlardan danışıblar.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/479707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR