Bakıda bal yarmarkasında arıçılarla Kənd Təsərrüfatı Nazirliyi arasında mübahisəsi yaranıb

Bakıda bal yarmarkasında arıçılarla Kənd Təsərrüfatı Nazirliyi arasında mübahisəsi yaranıb
15:37 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında arıçılarla Kənd Təsərrüfatı Nazirliyi arasında mübahisə yaranıb.
Arı məhsullarının satışı ilə məşğul olan şəxslər yarmarkda "Report"a bildiriblər ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən onlara özləri ilə şüşə qablar (bankalar) gətirməyə icazə verilmir.
"Nazirlik yarmarkaya özümüzlə şüşbə qablar gətirməyə icazə vermir. Əvəzində bizdən yarmarkada satılan və ölçücü 700 ml təşkil edən bankaların 50-60 qəpiyə almağı tələb edir. Biz bunu ancaq inhisarçılıq halı kimi qəbul edirik", - deyə arıçılar bildiriblər.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, bu tədbir sərgi-satış yarmarkasına saxta balların daxil olmasının qarşısını almaq məqsədilə görülür. 

Xəbərin orijinal ünvanı: http://report.az/ask/bakida-bal-yarmarkasinda-aricilarla-kend-teserrufati-nazirliyi-arasinda-banka-mubahisesi-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR