BMT: "Haitidə aclıq gözlənilir"

BMT: "Haitidə aclıq gözlənilir"
15:47 15 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Haitidə "Mettyu" qasırğası kənd təsərrufatı məhsullarının 80 faizini məhv edib".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu BMT-nin inkişaf proqramının Haitidəki əlaqələndiricisi İvonn Hell bildirib.
"Bu fəlakətdir. Bu faktiki olaraq, yarım ildən sonra Haitini aclığın gözləcəyi deməkdir", - deyə o vurğulayıb.
BMT-nin məlumatına görə, qasırğa çəltik, çovdar və paxlalı bitki sahələrini məhv edib. İnformasiyada bildirilib ki, ölkənin əsas ixrac məhsulları sayılan kakao, qəhvə bitkiləri və meyvə ağaclarına da ziyan dəyib.
BMT-nin hesabatında vurğulanıb ki, məhsul çatışmazlığı yüz mindən çox uşağın ac qalması ilə nəticələnə bilər. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/bmt-haitide-acliq-gozlenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR