Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lozannada tarixi görüş başlanır

Lozannada tarixi görüş başlanır

Date: 15 October 2016 16:08

İsveçrənin Lozanna şəhərində Suriya böhranı üzrə sammit çərçivəsində ikitərəfli görüşlər başlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, ilk olaraq Türkiyə və Qətərin Xarici İşlər Nazirliyinin başçıları görüşüb.

Bundan başqa, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Steffan de Mistura daha sonra ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşəcək.

Sammit yerli vaxtla saat 15:00-da başlayacaq. Tədbirin nəticəsi olaraq, Suriya böhranının həlli ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.

Ömər Dağlı


Tags:  Lozannada tarixi görüş başlanır

RƏYLƏR


Top news