Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənni və xanımı Böyük Teatrda çıxış edəcəklər

Azərbaycanlı müğənni və xanımı Böyük Teatrda çıxış edəcəklər

Date: 15 October 2016 16:11

Dünya operasının ulduzu Anna Netrebko və əri, Azərbaycanın tanınmış opera ifaçısı Yusif Eyvazov oktyabrın 16-da Rusiya Dövlət Akademik Böyük Teatrının səhnəsində Cakomo Puççinin “Manon Lesko” tamaşasında çıxış edəcəklər.

Böyük Teatrın baş direktoru Vladimir Urin Moskvada keçirilən mətbuat konfransında deyib:

“Xoşbəxtəm ki, Anna ilə Yusif indi Böyük Teatrın səhnəsində işləyirlər. Bu, bizim üçün əhəmiyyətli hadisədir. Onlar oktyabrın 22-də üçüncü tamaşalarında öz partiyalarını ifa edəndən sonra biz mütləq bir yerə toplaşıb sonrakı əməkdaşlıq planlarını müzakirə edəcəyik. İdeyalarımız var. Ümidvaram ki, həmin planlar baş tutacaq”.

Rejissor Adolf Şapironun quruluş verdiyi tamaşanın dirijoru Yader Binyamini, rəssamı Mariya Trequbova, baş xormeysteri Valeri Borisovdur.

AZƏRTAC

 


Tags:  Azərbaycanlı müğənni xanımı Böyük Teatrda çıxış edəcəklər

RƏYLƏR


Top news