Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD Bağdadda törədilən terror hücumuna görə məsuliyyəti üzərinə götürüb

İŞİD Bağdadda törədilən terror hücumuna görə məsuliyyəti üzərinə götürüb

Date: 15 October 2016 16:27

Bakı. 15 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması Bağdadda törədilən terror hücumuna görə, məsuliyyəti üzərinə götürüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, terror qruplaşması bəyanat yayaraq terrorçu-kamikadzenin törətdiyi partlayışda ölən və yaralananların ümumi sayının 100 nəfər olduğunu bildirib.
Rəsmi məlumata görə isə məhərrəm ayı ilə əlaqədar matəm mərasimində törədilən terror aktı nəticəsində 31 nəfər həlak olub, 65 nəfər yaralanıb.
Qeyd edək ki, hadisə İraq paytaxtının şimalında yerləşən Şaab rayonunda baş verib.

Tags:  İŞİD Bağdadda törədilən terror hücumuna məsuliyyəti üzərinə götürüb

RƏYLƏR


Top news