Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-dan FETÖ-yə 26,7 milyon dollarlıq yardım

ABŞ-dan FETÖ-yə 26,7 milyon dollarlıq yardım

Date: 15 October 2016 16:38

ABŞ Təhsil Nazirliyi Texas ştatında Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli məktəblərə 26,7 milyon dollar maliyyə dəstəyi göstərəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə nazirliyin internet saytında yerləşdirilən xəbərdə deyilir.

Nazirlik 2016-cı il “müəllimlərin təşviq edilməsi proqramı” çərçivəsində 13 məktəbi mükafatlandıracaq. Bu məktəblərə ilk ildə 5,9 milyon dollar veriləcək. Beş il üçün ümumilikdə 26,7 milyon dollar mükafatın ayrılması nəzərdə tutulub.

Ömər Dağlı


Tags:  ABŞ-dan FETÖ-yə 26 milyon dollarlıq yardım

RƏYLƏR


Top news