"Neftçi" "Pişik"dən imtina etdi

"Neftçi" "Pişik"dən imtina etdi
16:47 15 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi”nin serbiyalı qapıçı Boban Baykoviç, müdafiəçi Mahir Şükürov və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalli ilə müqavilə imzalaması barədə məlumat vermişdik. Baykoviç və Pessalli ilə birlikdə baxışa çağrılan Aleksandr Fertovla bağlı isə klub açıqlama verməmişdi.


Fanat.Az xəbər verir ki, latviyalı futbolçu ilə bağlı da qərar verilib. Məşqçilər korpusu "Pişik" ləqəbli futbolçunun hazırlıq səviyyəsindən narazı qalıb və o, geri göndərilib.


Qeyd edək ki, 29 yaşlı Aleksandr Fertov Latviyada "Olimp", "Skonto", Ukraynada "Sevastopol" klublarında çıxış edib. Fertov ötən mövsüm isə Polşanın "Korona" klubunda oynayıb. O, 2009-cu ildən çağırıldığı Latviya millisində 35 oyuna çıxıb. Ancaq onun millidə çıxış etməsindən təxminən 1 il ötür. Belə ki, Aleksandr sonuncu dəfə ötən ilin oktyabrın 13-də Qazaxıstan millisi ilə görüşə yığmadan dəvət alıb. Fertov "Skonto" ilə 2010-cu ildə Latviya çempionu olub, 2 il sonra isə bu komanda ilə ölkə kubokunu qazanıb. Yarımmüdafiəçi olan futbolçu sağ cinah və mərkəzdə oynaya bilir. Lakin onun əsas ampluası dayaq yarımmüdafiəsidi. O, "Neftçi"yə baxışa gələcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-quotpiikquotdn-imtina-etdi-t53362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR