Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

22 yaşlı gənc özünü sevgilisinə görə relslərin üstünə atıb

22 yaşlı gənc özünü sevgilisinə görə relslərin üstünə atıb

Date: 15 October 2016 16:57

Dünən gecə saatlarında Bakı metrosunun "Koroğlu" stansiyasında relslərin üzərinə düşərək tunelə doğru hərəkət edən şəxslə bağlı araşdırma aparılır.

Milli.Az lent.az-a istinadən məlumatına görə, polis tərəfindən saxlanılaraq Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılan 22 yaşlı Samir Aslanov barəsində İnzibati Xətalar Məcəlləsinin 306-cı (metropolitendən istifadə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib və o cərimələnib.

Bildirilir ki, Bakı şəhəri Keşlə qəsəbəsində yerləşən zavodda fəhlə işləyən S.Aslanovun son vaxtlar sevdiyi qızla bağlı problemi olub və depressiyaya düşən gənc metronun tunelində gəzərək fikrini dağıtmaq istəyib.

Milli.Az


Tags:  yaşlı gənc özünü sevgilisinə relslərin üstünə atıb

RƏYLƏR


Top news