Bakı. 15 oktyabr. REPORT.AZ/ İraq Xarici İşlər Nazirliyinin saytı şənbə günü haker hücumuna məruz qalıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, saytı qıran səudiyyəli haker olub.
"Haker saytı qırdıqdan sonra İslamı təhqir edən ifadə yazıb", - deyə İraq XİN-in sözçüsü Əhməd Camal "Al Sumaria" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda problemin aradan qaldırılması üzərində iş gedir.