Azərbaycanda rayon mərkəzi xəstəxanalarından birinə yeni baş həkim təyin edilib

Azərbaycanda rayon mərkəzi xəstəxanalarından birinə yeni baş həkim təyin edilib
17:17 15 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi. 15 oktyabr. REPORT.AZ/ Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin edilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Azad Vaqif oğlu Hüseynov Ağcabədi RMX-nin baş həkimi vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, A.Hüseynov bundan əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib. 

Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini  Novruz Abbasov tutub. O, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/azerbaycanda-rayon-merkezi-xestexanalrindan-birine-yeni-bas-hekim-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR