Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

UEFA avtoqolu ləğv etdi

UEFA avtoqolu ləğv etdi

Date: 15 October 2016 17:17

DÇ-2018-in seçmə mərhələsinin Ukrayna - Kosovo matçının qollarından birinin müəllifi dəyişdirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA 31-ci dəqiqədə vurulan ilk topla bağlı qərar verib.

Artyom Kravetsin zərbəsindən sonra kosovoluların müdafiəçisi Rraxmaniyə toxunan top rəsmi sənədlərdə sonuncunun avtoqolu kimi qeyd edilib.

Ukrayna Futbol Federasiyasının UEFA-ya müraciətindən sonra qurum məsələni araşdırıb. Yekunda qərara alınıb ki, qol Kravetsin hesabına yazılsın. Beləliklə, avtoqolu ləğv edən qurum Artyomun qol sayının artmasına yardımçı olub.

Milli.Az


Tags:  UEFA avtoqolu ləğv etdi


RƏYLƏR


Top news