Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıdakı 138 nəfər yol qəzalarının qurbanı olub

Bakıdakı 138 nəfər yol qəzalarının qurbanı olub

6 nəfər yol qəzasının qurbanı oldu - AZƏRBAYCANDA (06 Mart 2017 12:34)
Rusiyada DƏHŞƏQLİ QƏZA: 6 nəfər öldü (20 Fevral 2017 11:32)
Əfqanıstanda 14 nəfər donvurmadan öldü (19 Fevral 2017 12:47)

Tarix: 15 Oktyabr 2016 17:28

Bu il Bakıda baş verən yol qəzalarının statistikası açıqlanıb.

Publika.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində qeyd olunub ki, paytaxt ərazisində baş vermiş 490 (ötən ilin müvafiq dövründə 600) yol-nəqliyyat hadisəsində 138 (ötən ilin müvafiq dövründə 175) nəfər həlak olub, 515 (ötən ilin müvafiq dövründə 645) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 18,3%, həlak olanların sayı 21,1%, xəsarət alanların sayı 20,2% azalıb. Eyni zamanda, həm ümumi qayda pozuntularının (1,2), həm də kobud qayda pozuntularının aşkarlanması (0,1) azalıb, habelə 49 (-54, 103) avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.


Teqlər:  Bakıdakı 138 nəfər yol qəzalarının qurbanı olub



RƏYLƏR


Top xəbərlər