İsveçrədə böyük qəza baş verib: ölən və yaralananlar var

İsveçrədə böyük qəza baş verib: ölən və yaralananlar var
17:57 15 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ İsveçrənin Şaffhauzen şəhərində böyük yol qəzası baş verib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, on bir nəfər yaralanıb.
Polis əməkdaşının məlumatına görə, Fezenştaub tunelində dörd avtomobil, bir avtobus və bir turist qoşqusu toqquşub.
Hadisə yerinə bir neçə təcili tibbi yardım maşını gəlib, eləcə də helikopterdən istifadə edilir.
Hazırda yolun bu hissəsində hərəkət dayandırılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-svecrede-boyuk-miqyasli-qeza-bas-verib-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR