140 nəfəri öldürdülər, sonra səhvən oldu bağışlayın dedilər

140 nəfəri öldürdülər, sonra səhvən oldu bağışlayın dedilər
18:13 15 Oktyabr 2016
82 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin paytaxtında oktyabrın 8-də 140 nəfərin ölümü, yüzlərlə insanın yaralanmasına səbəb olan hava hücumunun “səhvən” həyata keçirildiyi məlum olub.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistan başda olmaqla Ərəb ölkələri koalisiyasına aid təyyarələr dəfn mərasimi zamanı binanı bombalamışdı.

Başverən hava hücumu çox böyük etiraza səbəb olmuşdu. Hücumun səbəbi isə xüsusi araşdırma zamanı binada Husi liderinin olması ilə bağlı verilən məlumatdır. Bu məlumat isə həqiqəti əks etdirməyib.

Qeyd edək ki, Yəmənda iki il əvvəl başlayan müharibə nəticəsində minlərlə insan ölüb, 3 milyon insan evini tərk etmək məcburiyyətində qalıb.

Səudiyyə Ərəbistan liderliyindəki koalisiya Husi üsyançılarına qarşı minlərlə hava hücumu törədib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR