Türkiyə polisi Kəmər-Antalya yolunun atəşə məruz qalması ilə əlaqədar 25 şübhəli şəxsi saxlayıb

Türkiyə polisi Kəmər-Antalya yolunun atəşə məruz qalması ilə əlaqədar 25 şübhəli şəxsi saxlayıb
18:42 15 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyənin hüquq-mühafizə orqanları Kəmər-Antalya yolunun raket atəşinə tutulması faktının araşdırılması çərçivəsində xüsusi əməliyyatların gedişatında 25 şübhəli şəxsi saxlayıb.
"Report"un əlumatına görə, bu barədə "Anadolu" agentliyi polisdəki mənbəyə istinadən xəbər verib.
Məlumata görə, əməliyyatlar bütün ölkə üzrə, o cümlədən İstanbulda və Ankarada keçirilib. Saxlananlar PKK terror təşkilatının üzvləridir. Onlar terror fəaliyyətində şübhəli bilinirlər.
Qeyd edək ki, Kəmər-Antalya yolun cümə günü raket atəşinə tutulub. Hadisə nəticəsində heç kim zərər çəkmədi. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/turkiye-polisi-kemer-antalya-yolunun-atese-meruz-qalmasi-ile-elaqedar-15-subheli-sexsi-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR