Bağdadda qanlı şənbə: 50 ölü

Bağdadda qanlı şənbə: 50 ölü
19:17 15 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın paytaxtı Bağdadda matəm mərasiminə, polis nəzarət-buraxılış məntəqəsinə və hərbiləşdirilmış dəstənin başçısının evinə terror hücumları nəticəsində 55-ə yaxın insan həlak olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, terror hücumları İraq güc strukturlarının İŞİD-in nəzarətində olan Mosul şəhərinin geri alınması üçün apardıqları hazırlıq fonunda baş verib.

Ən çox tələfata paytaxtın cənubunda yerləşən Əş-Şaab rayonundakı bazar meydanında Aşura günü ilə əlaqədar qurulmuş matəm çadırında törədilmiş partlayış səbəb olub. İzdihama yaxınlaşan terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 41 nəfər ölüb, 33 nəfər yaralanıb. Partlayışın məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.

Agentliyin məlumatına görə, bundan başqa, İŞİD yaraqlılarından olduğu ehtimal edilən bir qrup sılahlı şəxs Bağdadın şimalında iki hücum həyata keçirib. Onlardan birinin hədəfi polis nəzarət-buraxılış məntəqəsi, digərinin hədəfi isə İŞİD-ə qarşı çıxış edən hərbiləşdirilmış dəstənin lideri Numan əl- Mucamayın evi olub.

Nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 8 asayiş keşikçisi həyatını itirib, 11 nəfər yaralanıb. Həmçinin 3 terrorçu öldürülüb. Həbiləşdirilmiş dəstə liderinin evinə hücum isə onun arvadının və üç uşağının ölümü ilə nəticələnib. Polis tərəfindən təqib edilən terrorçular özlərini partladıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR