Google Azəri Günelə 46 yaş verdi - FOTO

Google Azəri Günelə 46 yaş verdi - FOTO
19:42 15 Oktyabr 2016
717 Şou
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış şirkət olan "Google"ın bezdirici paylaşımlarına, bu dəfə tanınmış estrada müğənnisi Azəri Günel tuş gəlib. Belə ki, əcnəbi saytların birində Günelin illər öncə çəkdirdiyi fotosu bu başlıqla yayımlanır: "46 yaşımda, 25 yaşımdakı kimi görünürəm! Hamısı ona görə ki, mən səhərlər..." 

Milli.Az primetime.az-a istinadən bildirir ki,Günel Rəhman qızı Zeynalova 1985 ci ilin 25 oktyabr tarixində dünyaya gəlib. 31 yaşın içində olan müğənninin 46 yaşlı xanım kimi göstərilməsi heç bir məntiqə sığmır. Onu da vurğulayaq ki, bu tip saytlarda belə ucuz reklamlara tez-tez rast gəlinir. Və ən çox xarici ulduzlar aldadıcı paylaşımların "qurban"ına çevrilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/479726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR