Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Soyuq günlərin ləziz yeməyi: “Qazax xəngəli” - FOTO

Soyuq günlərin ləziz yeməyi: “Qazax xəngəli” - FOTO

Tarix: 15 Oktyabr 2016 19:47

Azərbaycanın hər bölgəsində olduğu kimi, Qazax rayonunun da özünəməxsus yemək növləri var. Onlardan biri də "yarpaq xəngəli" və yaxud "Qazax xəngəli"dir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  xəngəli istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə müxtəlif cür bişirirlər. Qazaxda isə "yarpaq xəngəli" xüsusi üsulla hazırlanır və bu təam "Qazax xəngəli" adı ilə tanınır.

Səksən yaşlı rayon sakini Sibrə Məmmədova deyir ki, Qazax mətbəxinin xəngəlini digər bölgələrdən fərqləndirən cəhət onun qurutla hazırlanmasıdır. Bu cür xüsusi yeməklərin dadı, ləzzəti onun ənənələrə uyğun bişirilməsindən asılıdır. Soyuq qış günlərində Qazax mətbəxində ən çox hazırlanan yeməkdir.

Sibrə nənə "Qazax xəngəli"nin hazırlanması qaydasını gənc qız-gəlinlərimizə həvəslə öyrətdiyini bildirib.

Milli.Az






Teqlər:  Soyuq günlərin ləziz yeməyi Qazax xəngəli FOTO



RƏYLƏR


Top xəbərlər