Azərbaycan Dövlət Pedaqoji Universitetində kadr dəyişiklikləri
olub.
APA-nın xəbərinə görə, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru
Mehdi Abdullayev işdən çıxarılıb. Onun yerinə keçmiş Azərbaycan
Müəllimlər İnstitutunun prorektoru Nigar Abbaszadənin təyin
ediləcəyi gözlənilir. ADPU-nun rektoru Cəfər Cəfərov APA-ya faktı
təsdiqləyib və bildirib ki, Mehdi Abdullayev başqa işə keçməsi ilə
əlaqədar öz ərizəsi ilə işdən azad olunub: “O, Azərbaycan
Respublikası Prezidenti yadında Dövlət İdarəçilik Akademiyasında
analoji vəzifəyə gedib. Onun yerinə bir neçə namizəd var və Nigar
Abbaszadə də onlardan biridir. Hələ təyinat olmayıb, bu məsələ
nazirliyin səlahiyyətindədir. Çox güman ki, ADPU-nun beynəlxalq
əlaqələr üzrə prorektoru Nigar Abbaszadə olacaq”. C.Cəfərov
vurğulayıb ki, ali məktəbin rəhbər heyətində kadrlar şöbəsinin
müdiri, tədris-metodik şöbənin rəhbəri dəyişilib, digərləri işini
davam etdirir. Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri Kamal Abdullanın oğlu, Nigar Abbaszadə isə
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə
Abbaszadənin qızıdır.