ABŞ-a qarşı Ərdoğan-Putin ittifaqı, 60 ilin ən qanlı və öldürücü...

ABŞ-a qarşı Ərdoğan-Putin ittifaqı, 60 ilin ən qanlı və öldürücü...
20:03 15 Oktyabr 2016
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Başa çatmaqda olan həftədə Rusiya və Türkiyəni daha da yaxınlaşdıracaq bir addım atıldı: oktyabrın 10-da “Türk axını”nın iki xəttinin inşasına dair hökumətlərarası saziş imzalandı. Moskva-Ankara xəttində müsbət hadisələrin baş verdiyi bir vaxtda Moskva və Vaşinqton arasında xoşagəlməz proseslər müşahidə edilir. Lozannada Suriya üzrə danışıqlar başlanıb. Eyni gündə Türkiyə “Fərat Qalxanı” əməliyyatının növbəti mərhələsinə start verib. İraqda isə Ankaranın işləri istədiyi kimi getmir.

Dünyanın gözləri İstanbulda idi

Oktyabrın 10-da İstanbulda “Yeni üfüqlərə qucaq açmaq” devizi altında 23-cü Dünya Enerji Konqresi işinə başladı. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Enerji mövzusunda Türkiyə və Azərbaycanı görməməzlikdən gəlməyin mümkün olmadığını deyən dövlət başçısı iki ölkənin birgə enerji layihələri icra etdiyini bildirib.

Azərbaycan qazının TANAP üzərindən Avropaya nəql ediləcəyini bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, TANAP layihəsinin həyata keçirilməsi ilə Avropa üçün yeni alternativ ortaya çıxacaq. Rusiya prezidenti Vladimir Putin isəçıxışında neft istehsalçılarını hasilatı dondurmağa və ixtisar çağırıb.

Gürcüstan parlamentində üç partiya təmsil olunacaq

Gürcüstanda oktyabrın 8-də keçirilən parlament seçkilərin nəticələrinə görə, üç partiya - “Vətənpərvərlər Alyansı” (5 faiz), “Gürcü arzusu” (48,6) hakim partiyası və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyası (27,14 faiz) qanunverici orqanda təmsil olunacaq.

Keçmiş prezident Mixail Saakaşvilinin partiyası - qələbə qazanmasa da, ekspertlər hesab edirlər ki, partiyanın siyasi proseslərə böyük təsir olacaq. Xuxaşvili hadisələrin inkişafının iki mümkün ssenarisinin açıqlayıb. Onun sözlərinə görə, “Vahid Milli Hərəkat” “qısamüddətli yol” və ya “inqilabi ssenari” üzrə gedə bilər.

Gürcüstanda Putin qalib gəldi: Saakaşvilinin İKİ SSENARİSİ

Gürcüstanda parlament seçkilərinin nəticələrinə görə, keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarlarına vəd verdiyi qələbə mümkün olmadı. Amma “Vahid Milli Hərəkat” əvvəlki kimi Gürcüstanda əsas müxalifət gücü olaraq qalır.

ABŞ-dan üçüncü çevriliş XƏBƏRDARLIĞI: “Ərdoğanın həyatını...”

Amerikalı yazar Mixael Rubin “Amerikan Enterprise Institute”nin (Amerika Təşəbbüskarlıq İnstitutu) internet səhifəsi olan “AEI.org”da dərc etdiyi yazısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı təhdid xarakterli ifadələr işlədib.

Yazar Ərdoğanın həyatını itirməsinə səbəb ola biləcək güclü bir çevrilişin yaxınlaşmaqda olduğunu iddia edib. Rubin keçmişdə də Türkiyə haqqında qələmə aldığı analizləri ilə diqqət çəkən bir şəxsdir. 2016-cı ildə iyulun 15-dən bu günə qədər iki ayrı çevriliş cəhdinin olduğunu ifadə edən Rubin hesab edir ki, üçüncünün yolda olmadığını düşünmək səhvdir.

ABŞ-da Türkiyə düşməni “neocon” qruplarının tanınmış şəxslərindən olan və kiçik Corc Buşun prezidentliyi dövründə Yaxın Şərq üzrə məsləhətçi işləyən Rubin 2016-cı ilin martında Türkiyədə hərbi çevriliş ehtimalının yüksək olduğunu açıqlamışdı.

Ankara-Bağdad xəttində isə gərginlik yüksələn xətlə inkişaf edir. İraqın Baş naziri Heydər Əl-Abadi və ölkənin digər rəsmiləri Türkiyə əleyhinə açıqlamalar verməkdə davam edir.

Baş nazir bu həftə “Rudav” telekanalına verdiyi müsahibəsində Başikadakı türk əsgərinin Mosul əməliyyatında iştirak etməyəcəyini deyib və türk əsgərlərinin İraqdan çıxmasını tələb edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə cavabındaMosul əməliyyatı üçün kimsədən icazə almayacaqlarını bildirib. O, deyib ki, türk əsgərini “işğalçı” adlandıran İraqın baş naziri 2 il əvvəl Ankaraya gələrək Türkiyədən hərbi və təlim mövzularında kömək istəyib. Türkiyə bunu sübut edən görüntüləri yayıb. Türkiyə Mosul əməliyyatı ilə bağlı “B” və “C” planını hazırladıqlarını açıqlayıb.

“Mosul əməliyyatında koalisiya güclərinin içində olmaqda qərarlıyıq. Qəbul etməzlərsə, “B” və “C” planını tətbiq edəcəyik”, - Ərdoğan oktyabrın 14-də bildirib.

Vaşinqton isə Mosul əməliyyatına kimlərin qatıla biləcəyi barədə bəyanat verib. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib ki, Mosulun azad olunması üçün başlanan əməliyyatlar İraq dövlətinin planıdır.

“Bu əməliyyatlara hansı ölkələrin qatılmasına ABŞ hökuməti yox, İraq qərar verəcək. Bunu biz müəyyən etmirik”, - Kirbi bildirib.

Tarixi anlaşma

Oktyabrın 10-da İstanbulda və Rusiya dövlət başçısı Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş keçirilib. Bağlı qapılar arxasında keçirilən görüş 1 saat 40 dəqiqə davam edib.

Görüşdən sonra Rusiya ilə Türkiyə arasında “Türk axını”nın iki xəttinin inşasına dair hökumətlərarası saziş imzalanıb. Putin Rusiya və Türkiyənin "Türk axını" layihəsinin müzakirəsi çərçivəsində qaz qiymətlərində güzəştlə bağlı razılığa gəldiyini açıqlayıb.

Rusiya prezidenti bildirib ki, Suriya ordusu ilə müxalif qruplar arasında uzlaşma üçün təklifləri Türkiyəyə təqdim edib.

Rusiyanın Türkiyə ilə yaxınlaşdığı bir vaxtda Moskva-Vaşinqton münasibətləri gərgin olaraq. Hazırda tərəflər arasındakı əsas gərginlik nöqtəsi Suriyadır. Rusiya Federasiya Şurasının qərarı isə Moskvanı Suriyadan çıxarmağın asan olmayacağını göstərdi.

Rusiya parlamentinin yuxarı palatası Suriyanın Xmeymim təyyarə bazasının Rusiya tərəfindən pulsuz və müddətsiz istifadəsi haqqında razılaşmanı təsdiqləyib. Beləliklə, Moskva Suriya ilə bağlı maraqların strateji və uzunmüddətli xarakter daşıdığını Qərbə, o cümlədən ABŞ-a nümayiş etdirdi.

Rusiya prezidenti Vladimir Putin həmçinin ABŞ-a mesaj göndərib ki, onun diktəsi ilə hərəkət etmək niyyətində deyil.

Putin “Rusiya çağırır” forumunda çıxışında ABŞ prezidenti Barak Obamanın administrasiyası ilə dialoq aparmaq çətin olduğunu, Amerika tərəfinin şərtlərini diktə etməyə cəhd etdiyini bildirib.

“İndiki administrasiya ilə danışıqlar aparmaq çox çətindir. Axı, dialoq praktik olaraq yoxdur. Administrasiyadan təkid edirlər ki, ona lazım olanlar yerinə yetirilməlidir. Amma bu, dialoq deyil, bu, hansısa birinin diktəsidir. Və belə demək olar ki, hər məsələ üzrə eyni vəziyyətdir”, - Putin bildirib.

Putin “soyuq müharibə”nin səbəbini açıqladı

“ABŞ prezidenti Barak Obamanın administrasiyası ilə dialoq aparmaq çətindir. Çünki, Amerika tərəfi şərtlərini diktə etməyə cəhd edir”.

Sürətli və öldürücü, 60 ilin ən qanlı müharibəsi olacaq – PROQNOZ

Qərbdə Rusiya və Çinlə mümkün müharibə haqqında proqnozlar və şərhlər gündəmdən düşmür. ABŞ-ın yüksək vəzifəli generalları hesab edirlər ki, Çin və Rusiya ilə nüvə silahının tətbiqi olmadan hərbi münaqişə praktik olaraq qaçılmazdır.

Amerika generalları qeyd edirlər ki, müharibə “sürətli və öldürücü”, həmçinin son 60 il ərzində öz miqyasına görə ən böyük olacaq. General-mayor Uilyam Xiks bildirib ki, süni intellekt və avtomatlaşdırılmış silahlanma sistemləri gələcək hərbi münaqişələri sürətləndirəcək.

Sürətli və öldürücü, 60 ilin ən qanlı müharibəsi olacaq – ŞOK PROQNOZ

ABŞ-ın yüksək vəzifəli generalları hesab edirlər ki, Çin və Rusiya ilə nüvə silahının tətbiqi olmadan hərbi münaqişə praktik olaraq qaçılmazdır.

Rusiya Qarabağın əvəzinə bunu istəyir – İstanbulda gizli müzakirə

Oktyabrın 10-da İstanbulda görüşən Azərbaycan, Rusiya və Türkiyə prezidentləri – İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın səmimi görüntüləri Ermənistanda ciddi narahatlıq yaradıb.

“Armenianreport” saytında yayımlanan məqalənin müəllifi Tevos Arşakyan yazır ki, İstanbul görüşü erməni siyasətçiləri və rəsmilərin təşvişinə səbəb olub. “Ermənistan Türkiyə-Rusiya yaxınlaşmasından həmişə əziyyət çəkib. Prinsip etibarilə Moskvanın Ermənistanı Ankaraya qurban verəcəyini gözləmək olar”, - deyə məqalədə bildirilir.

Həmçinin İstanbulda prezidentlər arasındakı müzakirələrdə Qarabağ məsələsinin də gündəm olduğu deyilir.

Rusiya Qarabağın əvəzinə bunu istəyir – İstanbulda gizli müzakirə

İstanbulda Rusiya, Türkiyə və Azərbaycan liderlərinin görüşü Ermənistanda ciddi təşvişlə qarşılanıb.

Moskva isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həll etmək münkün olmayacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva yaxın vaxtlarda Qarabağ münaqişəsinin nizama salınmasında böyük optimizm hiss etmir.


Onun sözlərinə görə, Rusiya Bakı və İrəvanla işləməkdə davam edəcək: “Mən deməzdim ki, mübahisə yaxın vaxtlarda həll oluna bilər. Lakin biz Bakı və İrəvanla bu istiqamətdə işi inadla davam etdirəcəyik”.

Lakin Putinin köməkçisi danışıqların pərdəarxasını açmaqdan imtina edib. Qeyd edib ki, bir çox variant və təklif müzakirə edilir.

Rusiyanın digər bir yüksək vəzifəli məmuru – xarici işlər naziri Sergey Lavrov Rusiya iqtisadiyyatı ağır vəziyyətdə olan və Türkiyə ilə sərhədlərinin açılmasını səbirsizliklə gözləyən Ermənistana mesaj verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda jurnalistlərə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas olacaq. Onun sözlərinə görə, Türkiyə münaqişəsinin nizama salınmasında pozitiv rol oynaya bilər.

“Əgər Ermənistan və Türkiyə Qarabağ münaqişəsinə baxmayaraq, öz münasibətlərini yoluna qoya biləcəklərsə, biz bundan yalnız şad olacağıq. Lakin bizim fikrimiz budur ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması münaqişənin nizama salınmasından keçir”, - deyə o, bildirib.

Ermənistan mediası isə yazıb ki, Rusiya Ermənistanda 102-ci hərbi bazadan savayı yeni hərbi baza yarada bilər.

Bu hərbi bazanın de-yure Rusiyanın olmasa da, de-fakto Moskvaya məxsus olacağını deyilir. “Bu hərbi baza Ermənistanın şərq sərhədlərində, yəni Qarabağa yaxın ərazidə yerləşdiriləcək. Gözlənilir ki, Rusiya bu hərbi bazaya öz qoşunlarını yerləşdirəcək”, - erməni mediası yazıb.

Dünən İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) şura iclasında Qarabağ barədə bəyanat qəbul edilib. Təşkilata üzv ölkələr Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyana və Sankt-Peterburq sammitlərinin nəticələrinə dəstək ifadə ediblər.

Amerikanın nüfuzlu “Foreign Affairs” nəşri təklükəli proqnozla çıxış edib. Dağlıq Qarabağda aprel döyüşlərinin regionda gərginliyin olduğunu açıq şəkildə göstərdiyini yazan nəşr bu gərginliyin başa çatmadığını və yeni müharibənin başlaya biləcəyini qeyd edib.

Nəşrin məqaləsində ən diqqət çəkən məqam isə ərazilərin bir qisminin qaytarılması ilə bağlı proqnozdur.

Putinin yeni Qarabağ oyunu: işğal olunmuş ərazilər...

Dağlıq Qarabağda aprel döyüşləri regionda gərginliyin olduğunu açıq şəkildə göstərdi. Bu gərginlik başa çatmayıb və yeni müharibə başlaya bilər.

Bəşər Əsəd: “... tək ümid Rusiyadır”

Heç şübhəsiz ki, Suriya prezidenti Bəşər Əsədin Rusiyanın “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində söylədiyi fikirlər gündəmdə xüsusi yer tutdu.

Bəşər Əsədin sözlərinə görə, Türkiyənin Suriya siyasətinin dəyişdirilməsi üçün tək ümidi Rusiyadır. O, Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatını “işğal” adlandırıb.

“III Dünya Müharibəsinin qoxusu gəlir”: Bu sözləri də Bəşər Əsəd “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində deyib.

“III Dünya Müharibəsinin qoxusu gəlir” –Əsəddən ŞOK PROQNOZ

Bu gün isə Suriya liderinin “işğal” adlandırdığı “Fərat Qalxanı” əməliyyatında növbəti mərhələ başlayıb. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu İŞİD terror təşkilatının əlındəki Suriyanın Dabık şəhərini azad etmək üçün əməliyyata başlayıb. Dabık İŞİD üçün müqəddəs, eyni zamanda sursat anbarı hesab olunur.

Hərbçilərin döyüş meydanında olduğu bir vaxtda, diplomatlar Suriya böhranını həll etmək üçün İsveçrənin Lozanna şəhərinə toplaşıblar.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR