Vyetnamda daşqınlar: 11 ölü

Vyetnamda daşqınlar: 11 ölü
20:12 15 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Vyetnamda güclü daşqınlar ən azı 11 nəfərin ölümünə səbəb olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Indian Express" nəşri xəbər yayıb.
Məlumata görə, güclü daşqınlar zamanı on minlərlə zərər çəkib. "İndi bizim prioritet vəzifəmiz - insanların həyatlarını xilas etməkdir", - deyə yerli məmurlardan biri qəzetə bildirib.
Nəşrin məlumatına görə, daşqınlar nəticəsində 30 mindən çox ev su altında qalıb.
Hakimiyyət orqanları təbii fəlakətdən zərər çəkmiş ərazilərdə içməli suyun və qida məhsullarının çatdırılmasını təşkil edir. Daşqınların olduğu regiona aviareyslər ləğv edilib.
Qeyd edək ki, güclü yağışlar çərşənbə günündən davam edir. Daşqınlar ölkənin şimalı və cənubu arasında nəqliyyatın hərəkətinin dayandırılmasına səbəb olub. Buna görə də zərər çəkmiş rayonlara yardımların çatdırılması çətinləşib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR