Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dmitri Bezotosnı 915-də dayandı

Dmitri Bezotosnı 915-də dayandı

Date: 15 October 2016 20:17

"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının quru seriyası qırılıb. Fanat.Az xəbər verir ki, ukraynalı qapıçı 915 dəqiqə sonra qola üzülüb.

Bezotosnı ötən mövsümün son 2 və cari mövsümün ilk 7 matçında qapısını toxunulmaz saxlamışdı. Onu sonuncu dəfə Ötən mövsümün XXXIV turunun “Qarabağ”la matçının 32-ci dəqiqəsində Dani Kintana məyus etmişdi. Ukraynalı qapıçı bu gün baş tutan Topaz Premyer Liqasının VIII turunun “İnter”lə matçının 48-ci dəqiqəsində Ağabala Ramazanova mane ola bilməyib.

Beləliklə, Bezotosnının quru seriyası 915 dəqiqə və ya 157 gün davam edib.

Fanat.Az


Tags:  Dmitri Bezotosnı 915-də dayandı

RƏYLƏR


Top news