Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Oktyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Oktyabr
20:24 15 Oktyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

.YORUM


Lozanna danışıqlarının nəticəsiz qalacağı gün kimi aydındır. Müzakirələrdən sonra tərəflər, əsasən də Rusiya və ABŞ təmsilçiləri ən yaxşı halda "sülhün əldə edilməsi üçün müzakirələrin davam etdirilməsi qərara alındı" açıqlamaları ilə çıxış edəcəklər.

 

Görüş ərəfəsində Rusiyanın İran, Misir və İraqın müzakirələrə qatılmasını vacib hesab etməsi də yenilik kimi qarşılanmamalıdır. Doğrudan da bu ölkələrin prosesə ciddi təsiri ola bilər və mövcuddur.

 

Maraqlı məqamlar isə çoxdur. Məsələn, Lavrovun müavininin adı çəkilən üç ölkənin nümayəndəsi ilə ABŞ-ın bölgədəki mövcudluğunu müzakirə etməsi və Pentaqonun görüş öncəsi əməliyyatları davam etdirəcəyini açıqlaması, üstəlik, bu əməliyyatlarda bərabər hərəkət etmək istədiyi ölkələrin siyahısında Rusiyanı göstərməməsi... Görünən odur ki, "sülh danışıqları" adlanan Lozanna müzakirələri, əksinə, Suriyada daha böyük müharibəyə keçə bilər. Çünki Rusiya və ABŞ-ın addımları deməyə əsas verir ki, Vaşinqton və Moskva artıq açıq şəkildə bölgədə "kim kimin tərəfindədir?" prinsipinə keçib.

 

Məsələnin bir başqa tərəfi isə Türkiyədir. Hazırda Suriyada əməliyyatlar aparan Ankaranın qərarı nə olacaq? Son vaxtlar rəsmi Ankaranın Moskva ilə yaxınlaşmasını və FETÖ məsələsi, eləcə də Suriya və İraqda keçirdiyi əməliyyatlar fonunda NATO-da tərəfdaşı olduğu ABŞ-la münasibətlərində yaranan soyuqluğu nəzərə alsaq, Türkiyənin çıxaracağı qərar çox maraqlı olacaq...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR