Kapitan və bombardir sıradan çıxdı - "Qəbələ"də şok

Kapitan və bombardir sıradan çıxdı -   "Qəbələ"də şok
20:27 15 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" ciddi itkilərlə üzləşib. Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar"ın iki aparıcı üzvü sıradan çıxıb.

Belə ki, "İnter"lə qarşılaşmanın əvvəlcə Rəşad Sadiqov zədələnib. Kapitan oyunu davam etdirə bilməyib və 62-ci dəqiqədə Ruslan Qurbanov tərəfindən əvəzlənib.

Matçın 89-cu dəqiqəsində isə Baqali Dabo ayağından zədə alıb. Damarı dartılan Premyer Liqanın bombardiri oyunu davam etdirə bilməyib. "Qəbələ" hər 3 əvəzetmə şansından istifadə etdiyi üçün matçın sonlarında 10 nəfərlə mübarizə aparıb.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kapitan-v-bombardir-sradan-cxd-t53368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR