Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Audi A5 və S5 hetçbeklərini təqdim etdi - FOTO

Audi A5 və S5 hetçbeklərini təqdim etdi - FOTO

Date: 15 October 2016 20:42

"Audi" şirkəti artıq yeni nəsil "A5" və "S5" hetçbeklərini gizlətmədi. "Kupe" banlı "Beşliklər" 2016-cı il iyunun əvvəlində debüt etdilər. Alman şirkəti "A5" ailəsinə "Sportback" variantını əlavə etdi.

Milli.Az auto.az-a istinadən bildirir ki, yenilik kupe "A5" və "A4" kimi MLB Evo modul platformasında düzəldilib. Hetçbekin uzunluğu 4733 millimetr, eni 1843 millimetr, hündürlüyü isə 1386 millimetrdir. Təkər bazasının ölçüsü 2824 millimetrə bərabərdir.

Əvvəlki nəsil modellə müqayisədə, yenilik 21 millimetr uzun, 11 millimetr dar və 5 millimetr alçaq oldu. Təkər bazasının uzunluğu 14 millimetr artdı. Bundan başqa, avtomobil 85 kiloqram yüngül oldu və onun təchiz olunmuş kütləsi 1470 kiloqram təşkil etdi.

"A5 Sportback"-in mühərrik qammasına 190 və 252 a.g. verən ikilitrlik benzinlə işləyən "dördlüklər" və 190 a.g. verən dizellə işləyən mühərrik daxildir. Həmçinin sintetik metanla işləyən 170 a.g. verən ikiltrlik mühərriki olan g-tron versiyası əlverişlidir.

Altısilindrli mühərrik sırası 354 a.g. verən benzin aqreqatı ilə təqdim olunub. Sürət qutusu - altıpiləli "mexanika", iki muftalı yeddipilləli "robot" və altıpilləli "avtomat"dır.

Hetçbekin təchizat siyahısına diodlu baş işığı fənərləri, 12,3 düymlük ekranı olan rəqəmsal cihaz paneli Virtual Cockpit, 8,3 düymlük displeyi olan Apple Car Play və Android Auto dəstəkləyən MMI multimediya sistemi daxil oldu.

Yeni nəsil "Audi A5 və S5" hetçbeklərinin ictimai təqdimat mərasimi oktyabrda Paris avtosalonunda keciriləcək.
Milli.Az














Tags:  Audi A5 S5 hetçbeklərini təqdim etdi FOTO

RƏYLƏR


Top news