Artritin müxtəlif növləri və əlamətləri

Artritin müxtəlif növləri və əlamətləri
20:57 15 Oktyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Septik artrit.
Xəstəlik qızdırma, artrit, palpasiya zamanı əhəmiyyətli dərəcədə ağrı ilə müşayət olunur. İnfeksiyanın mənbəyi adətən dəri və ağciyərlər olur. Oynaq sepsisi adətən artıq dəyişikliklərə uğramış oynaqlarda baş verir. Rentgenoloji olaraq şişkinlik müşahidə edilir, müalicə aparılmadıqda oynaq yarığının yayılmış daralması müəyyən edilir.
Reaktiv artrit.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, ən çox dayaq orqanlarının zədələnməsi ilə gedən iltihabi xarakterli oliqoartritdir. Bəzən vətərlərin birləşdiyi yerin iltihabına səbəb olur. Oynaqdan xaric zədələnmələrə konyuktvit, uretrit, stomatit və dərinin psoriasa bənzər zədələnməsi aiddir.
Revmatoid artrit.
Artritin bu növü əlin və ayağın kiçik oynaqlarını əhatə edən simmetrik artrit hesab edilir. Revmatoid artrit zamanı xəstələrdə dərialtı revmatoid düyünlər əmələ gəlir, amma podaqradan fərqli olaraq tofuslar deşilmir. Rentgen müayinəsi zamanı yumşaq toxumalarda şişkinlik, oynaq yarıqlarının yayılmış daralması, kiçik oynaqların kənarlarında eroziyalar əmələ gəlir. Revmatoid artrit zamanı əmələ gələn düyünlər podaqranı xatırladır, amma zədələnmiş oynaqların sayının çoxluğu və əl oynaqlarının prosesə cəlb olunması revmatoid artrit diaqnozunu təsdiqləyir.
Sellülit.
Eritema və ətrafların şişkinliyi, ağrı və febril qızdırma ilə müşahidə edilir. Rentgen müayinəsində yalnız yumuşaq toxumanın şişkinliyi müəyyən edilir,amma oynaqlarda dəyişiklik aşkar edilmir.
Psoriatik artrit.
Reaktiv artritə çox oxşayır. Distal falanqa asrası oynaqlar zədələnməyə meyilli olur və dırnaqlarda dəyişikliklərlə müşayət olunur.
Osteoatrit.
Bu zaman kəskin iltihab əlamətləri olmur. Gərginlikdən sonra oynaq əlamətləri güclənir. Rentgen müayinəsi zamanı oynaq yarığının azacıq daralması, osteofitlər, subxondral skleroz aşkar edilir. Artritin bu növü geniş yayılmışdır, ən çox oynaq zədələnmələri zamanı meydana çıxır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR