"İnter"-"Qələbə" matçından FOTOlar

"İnter"-"Qələbə" matçından FOTOlar
20:57 15 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında 12 günlük fasilə başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün çempionatda II dövrəyə start verilib.
VIII turun ilk oyun günündə 2 qarşılaşma baş tutub ki, hər ikisi paytaxt Bakıda oynanılıb.
 
Təbii ki, əsas diqqətlər "İnter Arena"dakı görüşdə idi. Çünki turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan "İnter"lə "Qəbələ" münasibətlərinə aydınlıq gətirib. Mövsüm boyunca ilk 7 oyunda məğlubiyyət üzü görməyən və qol buraxmayan Roman Qriqorçukun yetirmələri bu dəfə də uduzmasalar da, qol buraxmamaq seriyası sona çatıb.
 
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin oyunçusu Ağabala Ramazanovun vurduğu qola qonaqlar Sergey Zenyovla cavab verib.

"İnter" - "Qəbələ" - 1:1

Qol: Ağabala Ramazanov, 48 - Sergey Zenyov, 69

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Rauf  Hüseynli

Hakim-inspektor: Füzuli Nəcəfov

"İnter Arena"

I dövrədəki oyun - 0:0

"İnter": 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 22.  İlkin Qırtımov, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 9. Pərdis Fərcad-Azad, 88. Məmməd Quliyev, 2. Sərtan Taşqın

Baş məşqçi: Zaur Svanadze

"Qəbələ": 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 21. Roman Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov, 44. Rafael Santos

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR