"Qarabağ"-"Sumqayıt" matçından FOTOlar

"Qarabağ"-"Sumqayıt" matçından FOTOlar
21:05 15 Oktyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında 12 günlük fasilə başa çatıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün çempionatda II dövrəyə start verilib.
 
VIII turun ilk oyun günündə 2 qarşılaşma baş tutub ki, hər ikisi paytaxt Bakıda oynanılıb.
 
Təbii ki, əsas diqqətlər "İnter Arena"dakı görüşdə idi. Çünki turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan "İnter"lə "Qəbələ" münasibətlərinə aydınlıq gətirib. Mövsüm boyunca ilk 7 oyunda məğlubiyyət üzü görməyən və qol buraxmayan Roman Qriqorçukun yetirmələri bu dəfə də uduzmasalar da, qol buraxmamaq seriyası sona çatıb.
 
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin oyunçusu Ağabala Ramazanovun vurduğu qola qonaqlar Sergey Zenyovla cavab verib.
 
Cari mövsüm "Azərsun Arena"da ilk oyununa çıxan "Qarabağ" isə debütünü 3 xalla qeyd edib. "Sumqayıt"ı sınağa çəkən ağdamlılar buna 3 qolla nail olublar. Bu oyunda iki seriya qırılıb. Belə ki, həm Qurban Qurbanovun yetirmələrinin iki oyunluq qələbəsizlik, həm də Samir Abasovun komandasının iki oyunluq məğlubiyyətsizlik seriyası sona çatıb.

"Qarabağ" - "Sumqayıt" - 3:0

Qollar: Miçel, 42, İlqar Qurbanov, 44, Dino Ndlovu, 90+3

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

"Azərsun Arena"

I dövrədəki oyun - 2:0

"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Migel Markos Madera, 9. Reynaldo, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələskərov, 25. Ansi Aqolli

Baş məşqçi: Qurban Qurbanov

"Sumqayıt": 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 66. Afşin Esmaeilzadeh, 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 11. İbrahim Abednezhad, 14. Bəxtiyar Həsənalızadə, 21. Nasır Abilayev, 42. Kamran Abdullazadə

Milli.Az























Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR