Roman Qriqorçuk: "Meydançada heç süni ot da yox idi"

Roman Qriqorçuk: "Meydançada heç süni ot da yox idi"
21:17 15 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən "İnter" - "Qəbələ" matçı 1:1 hesabı ilə başa çatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini bildirib:

"Komandamdan narazı deyiləm. Çünki məğlub olmamışıq. Süni meydançada oynayırdıq. Bu da böyük problemdir. Düzdür, hər iki komanda üçün şərt eyni idi. Bu meydançada heç süni ot da yox idi. Buna görə də iki futbolçum zədələndi. Belə meydança idmanın başqa növünə aiddir. "Saint Etienne"lə oyundan öncə iki futbolçumuzu itirdik. 2 həftəyə yaşıl meydanlara qayıtsalar, bizim üçün böyük xoşbəxtlik olar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR