Türkiyəli məşhur müğənni Miri Yusiflə duet oxuyacaq – VİDEO – FOTO

Türkiyəli məşhur müğənni Miri Yusiflə duet oxuyacaq – VİDEO – FOTO
21:17 15 Oktyabr 2016
65 Şou
Ölkə mətbuatı
A- A+

İstanbulda keçirilən moda həftəsində dəfiləyə çıxan türkiyəli məşhur müğənni-bəstəkar Sinan Akçıl ARB TV-yə ekskluziv açıqlamalar verib.

Bəstəkar və müğənni, yaxın zamanlarda bir çox sürprizlərinin olacağını bildirib. Onlardan biri də Miri Yusiflə oxuyacağı duetdir.

Milli.Az bildirir ki, yayın hitinə çevrilən "Miri Yusif və Röya"nın ifa etdiyi "Səndən bir dənədir" mahnısını, bu dəfə "Miri Yusif və Sinan Akçıl"dan eşidəcəyik.

Sinan Akçıl təqdimatın yenil il ərəfəsində baş tutacağını bildirib.

Bu ifanın yeni versiyasını isə müğənni-bəstəkar məhz "Türk Şou Magazin" üçün oxuyub.

Bununla yanaşı Sinan Akçıl Ayğün Kazımovadan da söz açaraq, xalq artistimizdən də danışıb.

Bütün bu açıqlamalara 22 sentyabr saat 21:00-da ARB TV-nin efirində yayımlanan "Türk Şou Magazin" proqramında baxa bilərsiniz.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/479742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR