24 ildir Azərbaycan vətəndaşı ola bilmir - VİDEO - FOTO

24 ildir Azərbaycan vətəndaşı ola bilmir - VİDEO - FOTO
21:17 15 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

24 ildir ki, Qobustanın Xilmilli kəndində yaşayan Faiq  Haqverdiyev Azərbaycan vətəndaşlığı ala bilmir.

O, 1982-ci ildə Gürcüstan respublikasının Dımanisi rayonunda doğulub. 10 yaşı olarkən Azərbaycana köç edib və orta təhsilini də burada alıb.

Milli.Az ARB TV-yə istinadən bildirir ki, Faiq bu müddət ərzində Azərbaycan vətəndaşı olduğunu təsdiq edən hər hansı bir sənədə sahib ola bilməyib. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsə də 24 ildir ki, problemi həll olunmayıb.

Nə qədər qəribə olsa da vətəndaşlıq ala bilməyən Faiq 2000-ci ildə həqiqi hərbi xidmətə göndərilib. Onun iddiasına görə, Qobustan rayon Hərbi Komisarlığına  çağırılarkən əlində yalnız doğum haqqında şəhadətnamə olub ki, bu da ona Gürcüstan Respublikası tərəfindən verilib.

Vətəndaşlıq ala bilməməsi Faiq Haqverdiyevin ailəsi üçün problem yaradır. 14 il əvvəl ailə qurmasına baxmayaraq hələ də rəsmi nikah bağlaya bilməyib. Ən böyük problem isə övladları ilə bağlıdır. Cütlüyün 2 övladı 7 və 5 ci sinifdə oxuyur. Sənədlərin olmaması səbəbində onların təhsili 9 -cu sinifdən etibarən məhdudlaşdırılacaq.

Məsələ ilə bağlı Qobustan rayon polis şöbəsinin qeydiyyat bölməsi ilə əlaqə saxladıq. Bizə bildirildi ki, sözü gedən  şəxslərin problemi haqqında məlumatlıdırlar. Onların şəxsiyyət vəsiqəsi ilə təmin olunması yalnız dövlət miqrasiya idarəsi tərəfindən həyata keçirilə bilər. "Vətəndaşlıq mənsubiyyətinin tanıması " barədə sənəd Qobustan rayon polis bölməsinin Qeydiyyat şöbəsinə  təqdim olunduğu təqdirdə ona şəxsiyyət vəsiqəsi veriləcək. Gürcüstan respublikası vətəndaşılıqın qəbul etmək  istədikləri halda isə bu ölkənin səfirliyinə müraciət edərək "Ölkədən çıxma vərəqəsi " alaraq geri qayıda bilər.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR