Kərbəlada olan dəhşətli zülmlər

Kərbəlada olan dəhşətli zülmlər
21:22 15 Oktyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Seyyid ibni Tavus nəql edir: "İmam Hüseyn (ə) (Aşura günü) buyurur: "Mənə elə paltar verin ki, heç kəs ona rəğbət göstərməsin ki, onu paltarımın altından geyimin, məni soyundurmasınlar". Kiçik bir şalvar gətirirlər, Həzrət (ə) buyurur: "Yox, bu zəlillərin paltarıdır". Köhnə köynək götürür və onu bir neçə yerdən parçalayır və paltarının altından geyinir. O zaman ki, şəhid olur, onu da əynindən çıxardırlar. Həzrət (ə) yəməni şalvarı istəyir və onu da parçalayıb geyinir. Ona görə parçalayır ki, əynindən çıxartmasınlar. O zaman ki, şəhid olur, məlun Bəhr ibni Kəb onu da çıxardır. Ona görə də Bəhrin əli yay fəslində iki çubuq kimi quru olardı. Qış fəslində isə rütubətli olardı və ondan çirk axardı, o zamana qədər ki, Allah Təala onu həlak edir".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Təbəri nəql edir: "Ömər Səd ordusu arasında səsləndi: "Kim Hüseynin (ə) bədəninin üstündə at çapmağa hazırdır?". On nəfər hazır oldu. Əshaq ibni Həyva da onlardan biri idi. Onlar atları ilə İmamın (ə) mübarək bədəninin sinəsini və belini əzdilər. Bu on məlun sonra İbni Ziyadın yanına gəldilər və İbni Ziyad soruşdu ki, siz kimsiniz? Dedilər: "Biz atlarımızı Hüseynin (ə) sinəsində çapdıq və sümüklərini sındırdıq". Əmr edir ki, onlara hədiyyə versinlər".
 
İbni Nəma nəql edir: "İnsanlar Ali-Peyğəmbərin (s) əsirlərinə tamaşa etmək üçün toplaşmışdılar. Kufəli qadınlardan biri onları görüb dedi: "Siz hansı əsirlərdənsiniz?". Dedilər: "Biz Həzrət Muhəmməddən (s) olan əsirlərik". O, aşağı endi və bir qədər paltar və məqnə gətirdi. Onlara verdi ki, özlərini örtsünlər. İmam Səccad (ə) da onlarla birlikdə idi, İmam Müctəbanın (ə) oğlanları Zeyid və Ömər də onunla idilər və Kufə əhli ağlayırdılar".
 
Müslim Cəsas nəql edir: "İbni Ziyad məni sarayı təmir etmək üçün Kufəyə çağırmışdı. Mən təmirlə məşğul idim ki, səs-küy eşitdim. Mənimlə işləyən fəhləyə dedim: "Niyə bu qədər səs-küy vardır?". Dedi: "Xəlifənin əleyhinə qiyam edənin başını indi gətiriblər". Dedim ki, o xaricidir? Dedi: "Hüseyn ibni Əlidir (ə)". Onu qoyub bayıra çıxdım və üzümə o qədər vurdum ki, gözlərimin kor olmasından qorxdum. Əllərimi yuyub sarayın arxasından çıxdım və meydana gəldim. Dayandım və insanlar da əsirləri gözləyirdilər. Qırx dəvə gəldi və Əhli-Beytin (ə) qadınları, uşaqları da onların arasında idi. İmam Səccadı (ə) yəhərsiz dəvəyə mindirmişdilər ki, əziyyət çəkirdi. Ağlayır və bu şeiri deyirdi: "Ey pis ümmət ki, diyarınız heç bir zaman sirab olmasın. Ey o ümmət ki, Peyğəmbərin (s) bizimlə bağlı haqqına riayət etmədiniz. Əgər Qiyamət günü bizi və Allahın Rəsulunu (s) bir yerə toplasalar, nə deyəcəksiniz? Bizi yəhərsiz dəvələrə mindirib fırladırsınız. Sanki biz dininizi möhkəmləndirmədik. Ey Bəni-Üməyyə! Bu, nə vəziyyətdir ki, bizim müsibətimizdən agahsınız və bir iş görmürsünüz?! Sevincinizdən əl vurursunuz və torpağın üzərində bizi əsir aparırsınız. Ey Aşura hadisəsi! Məni qəmə batırdın və Allah pis əməl sahiblərinin pərdəsini cıracaqdır"". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR