Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Məzənnə dəyişikliyi dərman idxalı üçün ciddi problem olmayacaq - VİDEO

Məzənnə dəyişikliyi dərman idxalı üçün ciddi problem olmayacaq - VİDEO

SIPRI: Azərbaycanın hərbi idxalı Ermənistanın satınalmalarını 20 dəfə üstələyib (20 Fevral 2017 10:32)
Əli Əhmədov apteklərdə bəzi dərmanların çatışmazlığından danışdı (16 Fevral 2017 13:12)
Tarif Şurası: Dərmanların ucuzlaşması üçün manat bir qədər də bahalaşmalıdır (16 Fevral 2017 12:12)

Tarix: 15 Oktyabr 2016 21:32

Azərbaycanda manatın məzənnəsinin dəyişməsi ilə bağlı dərman idxalçılarının Nazirlər Kabinetinə müraciəti müsbət həllini tapıb. Məzənnədə hətta ciddi dəyişiklik olsa belə, dərman idxalçıları üçün problem yaranmayacaq.

Bu sözləri baş nazirin müavini Əli Əhmədov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, baş nazirin müavini icbari tibbi sığortanın tətbiqi ilə bağlı sualları da cavablandırıb. Əli Əhmədov bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar yaxın vaxtlarda pilot layihələr həyata keçiriləcək. Yevlax rayonu və Mingəçevir şəhərində icra olunacaq pilot layihələrin nəticələri əsasında bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq.

Əli Əhmədov Putinin köməkçi Yuri Uşakovun Qarabağ bəyanatını da şərh edib. O qeyd edib ki, Yuri Uşakovun münaqişənin tənzimlənməsində ciddi irəliləyiş gözləmədikləri barədə bəyanatı yerinə düşmür. "Minsk Qrupunun həmsədrlərinin belə bəyanat səsləndirməsi həmsədrlərin  öhdəliklərini yerinə yetirmək iddiasında, gücündə olmadığı anlamına gəlir",- deyə Əli Əhmədov qeyd edib.

Milli.Az


Teqlər:  Məzənnə dəyişikliyi dərman idxalı ciddi problem olmayacaq VİDEO



RƏYLƏR


Top xəbərlər