Gözdəymə və ondan necə qorunmaq haqqında

Gözdəymə və ondan necə qorunmaq haqqında
21:37 15 Oktyabr 2016
306 Ölkə
Ölkə mətbuatı
A- A+

Gözdəymə adətən paxıllıqdan və ya bədnəzərdən meydana gəlir. Uca Allah öz Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) həsəd aparanın şərindən Ona pənah aparmasını əmr edir. Uca Allah buyurur: "...və həsəd aparan zaman paxılın şərindən!" (əl-Fələq, 5).
Həmçinin, insanın özü-özünə, övladına, malına da gözü dəyə bilər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Gözdəymə haqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi". (əl-Buxari, Müslim).
Milli.Az zikr.az-a istinadən bildirir ki, gözdəymədən və başqa şərlərdən qorunmaq üçün hər namazdan sonra əl-İxlas, əl-Fələq və ən-Nas surələrini oxumaq lazımdır. Səhər sübh namazından sonra və məğrib namazından yarım saat əvvəl hərəsini üç dəfə oxumaq lazımdır. Həmçinin, özündə və başqa insanlarda xoşuna gələn bir şey gördükdə "Bərakallahu fihi" deyərək ona Uca Allahdan bərəkət diləmək lazımdır. Həmçinin, "Mə şəə Allah" demək. Peyğəmbərimiz (sallallahu aleyhi va səllam) demişdir: "Biriniz qardaşında, yaxud özündə, ya­xud da malında xoşuna gələn bir şey görsə, onun üçün bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!" (İbn Macə, 3509).
Gözdəymənin təsirləri barədə rəvayət olunur ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Allahın Rəsulu bədnəzərdən qorunmaq üçün mənə ruqya (Qurandan və Sünnədən bədnəzərə qarşı oxunacaq hissələr) oxumağı deyərdi". (əl-Buxari, Müslim).
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR