Porsche ən sürətli Macan təqdim etdi - FOTO

Porsche ən sürətli Macan təqdim etdi - FOTO
21:42 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Porsche" şirkəti "Macan-Turbo" modelinin top versiyası üçün Performance idman paketi təqdim etdi. Yenilik alman markasının kompakt krossoverinin ən güclü və sürətli modifikasiyası oldu.

Milli.Az auto.az-a istinadən bildirir ki, performance paketi olan "Porsche Macan Turbo" 3,6 litrlik altısilindrli tvin-turbo mühərriki  ilə komplektləşdirilib. Onun faydalı iş əmsalı 400 a.g. və 550 Nm fırlanma anından 440 a.g. və 600 fırlanma anınadək artıb. Mühərrik modernləşdirilmiş iki muftalı yeddipilləli PDK "robotu" ilə işləyir.

Krossover ilk "yüzü" 4,4 saniyəyə yığa bilir ki, bu da standart "Porsche Macan Turbo"-dan 0,4 saniyə sürətlidir. 80-dan 120 kilometr saata sürətlənmək üçün 2,9 saniyə (0,2 saniyə az) tələb olunur. Maksimal sürət yeddi kilometr saat artıb - 272 kilometr saata qədər.

Bundan başqa, krossover üçün 21 düymlük yüngül lehimli 911 Turbo diskləri, həmçinin PDLS plus dinamik işıqlandırma sistemi olan diodlu baş işığı fənərləri təqdim olunacaq.
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/470341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR