Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Merkel Rusiyaya qarşı daha sərt sanksiya İSTƏYİR

Merkel Rusiyaya qarşı daha sərt sanksiya İSTƏYİR

Date: 15 October 2016 22:32

Almaniya kansleri Angela Merkel Suriyadakı vəziyyətlə əlaqədar Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi təklif etmək niyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki,bu barədə Almaniyanın nüfuzlu "Frankfurter Allgemeine Sonntagszeitung" nəşri məlumat yayıb.  
 
Məlumata görə, Merkel qeyd olunan mövzunu 20-21 oktyabr tarixlərində keçirilməsi planlaşdırılan Aİ sammitində qaldırmaq niyyətindədir.  
 
Nəşr qeyd edir ki,  Merkelin təklif edəcəyi sanksiyalar təyyarə istehsalı və müdafiə sənayesi sahələrini əhatə edəcək.
 
Qəzetin məlumatına görə, ABŞ prezidenti Barak Obama Aİ-nin təşəbbüsə müsbət reaksiya verəcəyi təqdirdə Merkeli dəstəkləyəcəyini vəd edib.

Milli.Az


Tags:  Merkel Rusiyaya qarşı sərt sanksiya İSTƏYİR


RƏYLƏR


Top news