Spofec tüninqində Rolls-Royce Dawn - FOTO

Spofec tüninqində Rolls-Royce Dawn - FOTO
22:42 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Spofec" alman tüninq atelyesi kabriolet "Rolls-Royce Dawn" üçün tamamlama proqramı hazırladı. Modernləşdirmə sayəsində 6,6 litrlik V12 tvin-turbo aqreqatının faydalı iş əmsalı 570 a.g. və 780 Nm fırlanma anından 686 a.g. və 980 Nm fırlanma anınadək artdı.

Milli.Az auto.az-a istinadən bildirir ki, kabriolet ilk "yüzü" 4,6 saniyəyə yığa bilir - standart modeldən 0,3 saniyə tez. Maksimal sürətin 250 kilometr saatda quraşdırılmış elektron məhdudlaşdırıcısının yerini dəyişməyiblər.

Tamamlanmış "Rolls-Royce Dawn" paslanmayan poladdan yeni buraxılış sistemi əldə etdi. O zavod modelindən 5 kiloqram yüngüldür. Bundan başqa, tünerlər kabrioletə karbon-keramika əyləc mexanizmləri quraşdırıblar ki, bu da avtomobilin çəkisini daha 38 kiloqram azaldıb.

Bundan əlavə, "Rolls-Royce Dawn" başqa qabaq və arxa bamper, yeni yan "ətəklər" və fərqli arxa spoylerlə təchiz olunub. Tamamlanmaların qiyməti barədə hələ məlumat verilmir.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/470342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR