Pivədən batareya hazırlana bilər - VİDEO

Pivədən batareya hazırlana bilər - VİDEO
22:57 15 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Kolorado Universitetinin alimləri pivə zavodlarının çirkab sularından istifadə edərək litium-ion batareya istehsalı texnologiyasını yaradıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir barrel (117.3 litr) pivənin hazırlanması üçün yeddi barrel su tələb olunur. Nəticədə bu suyun böyük bir hissəsi kanalizasiyaya axıdılır. Amerikalı alimlər həmin çirkab sulardan yararlanaraq kifin istehsalına qərar veriblər ki, bundan da batareyaların hazırlanmasında istifadə olunur.

Tədqiqat zamanı alimlər "Avery Brewing" adlı yerli pivə zavodunun çirkab sularına kif əlavə edib, alınmış mayeni iki gündə qarışdıraraq qızdırıblar. Bu isə kiflərin tez bir zamanda çoxalmasına gətirib çıxardıb. Daha sonra həmin kiflər filtrlənib, xüsusi sobalarda yüksək dərəcədə qızdırılıb. Məlum olub ki, karbonla zəngin olan alınmış materialdan litium-ion batareyalar üçün elektrod istehsalında istifadə etmək mümkündür. Bu sistem həm pivə zavodları, həm də batareya istehsalçıları üçün uğurlu vasitə hesab edilir. Belə ki, bir tərəfdən pivə zavodları çirkab suları filtrləmək işindən azad olurlar, digər tərəfdən isə batareya istehsalçıları lazımi qədər xammala sahib çıxırlar.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/479762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR